Bakıda avtomobil ana və uşağını vurub.

Heftelik.az-ın məlumatına görə, 1954-cü il təvəllüdlü Qəmnalı İbrahimov idarə etdiyi “Opel” markalı avtomobillə Nizami rayonu ərazisində hərəkətdə olarkən piyadalar 1990-ci il təvəllüdlü Ayişə Aşurova və övladı 2015-ci il təvəllüdlü Aysu Yaqubəliyevanı vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, Ayişə Aşurova orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.