Sosial müavinətlər aylıq və birdəfəlik müavinətlərə ayrılır.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022- ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.

2020-ci ilin əvvəli ilə müqayisədə 2022-ci ilin sonunda aylıq müavinət alanların sayında 4,3% (17290 nəfər) artım, birdəfəlik müavinət təyin edilmiş şəxslərin sayında isə 19,1% (16060 nəfər) azalma olub ki, bu dinamika müavinət alanların ümumi sayında nəzərəçarpacaq dəyişikliyə səbəb olmayıb.