“Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyası tullantıların 14 (on dörd) təhlükəlilik xüsusiyyətini və ya növünü təyin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Bu təhlükəlilik xüsusiyyətləri, onların insan sağlamlığına və ətraf mühitə təsirinə, eləcə də təhlükəli tullantıların emalı vaxtı qazanılmış praktik təcrübəyə müvafiq olaraq prioritet qaydada düzülmüşdür.
Aşağıda prioritet qaydada (yüksəkdən aşağıya doğru) tullantıların təhlükəlilik xüsusiyyətlərinin siyahısı verilmişdir.
Sıra N-si | BK-nın kodu | Təhlükəli tullantıların növü |
1 | H 1 | Partlayıcı maddələr |
2 | H 5.1. | Oksidləşdirici maddələr |
3 | H 5.2. | Üzvi peroksidlər |
4 | H 4.3. | Su ilə təmasda tez alışan qazlar əmələ gətirən maddələr |
5 | H 4.2. | Öz-özünə alışma qabiliyyətli maddələr |
6 | H 4.1. | Tezalışan bərk maddələr |
7 | H 3. | Tezalışan mayelər |
8 | H 8. | Korroziv maddələr |
9 | H 6.2. | Yoluxdurucu maddələr |
10 | H 6.1. | Çox zəhərli (toksiki) maddələr |
11 | H 10. | Su, hava və ya turşularla təmasda toksik qazlar ayıran maddələr |
12 | H 11. | Toksik maddələr (uzun sürən və ya xroniki xəstəliklər əmələ gətirən) |
13 | H 12. | Ekotoksik maddələr |
14 | H 13. | Kənarlaşdırıldıqdan sonra yuxarıda göstərilən xüsusiyyətlərin birinə malik olan başqa materiallar əmələ gətirə bilmə qabiliyyəti olan maddələr |