Hansı hallarda pretenziyanın təmin olunmadan geri qaytarıldığı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Aşağıdakı hallarda pretenziya təmin olunmadan geri qaytarılır:
– poçt göndərişinin göndərilmə müddəti başa çatmadıqda;
– ərizəçi göndərici və ya ünvançı olmadıqda;
– poçt göndərişinin qəbul günündən altı aydan çox vaxt keçdikdə;
– poçt göndərişinin qəbuluna dair qəbz (qəbzin surəti) və siyahı (beş və daha artıq göndəriş göndərildikdə) təqdim edilmədikdə.