Nəqliyyat vasitələrinə verilən qeydiyyat şəhadətnaməsi, dövlət qeydiyyat nişanı və digər xüsusi məhsullar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin sifarişi əsasında hazırlanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Qeydiyyat şəhadətnaməsi üz tərəfi açıq sarı və çəhrayı rəngin qarışığı olmaqla üzərində Azərbaycan Respublikasının xəritəsi və ekskavatorun təsviri, holoqram olan, arxa hissəsi isə açıq yaşıl-mavi fonda olmaqla Azərbaycan Respublikasının gerbinin təsviri olan qiloş (qoruyucu tor) şəbəkəsindən ibarət ölçüləri 101×76 mm olan plastik kart formasında hazırlanır (10 nömrəli Əlavə). Ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir:
– nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi;
– nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi;
– nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri, hüquqi şəxsin adı;
– nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası;
– nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi;
– nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti və seriya nömrəsi;
– məsul şəxsin imzası;
– xüsusi qeydlər.