Gömrük orqanı əməkdaşı özünə qarşı tələbkar olmalı, üzərinə düşən vəzifələri vaxtında və vicdanla yerinə yetirməli, süründürməçilik hallarına yol verməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, digər qanunvericilik aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş insan hüquq və azadlıqlarına dair prinsip və normalara yaxından bələd olmalıdır.
Gömrük orqanı əməkdaşı gömrük işi sahəsində biliklərini və peşəkarlıq səviyyəsini artırmaq üçün daim çalışmalı, milli qanunvericilikdə və beynəlxalq hüquqda olan yenilikləri izləməli və üzərinə düşən vəzifələrin məsuliyyətini hər zaman dərk etməlidir.