Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası zamanı əldə etdiyi məlumatları digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları qorumalı, xidməti istifadəsindəki şifrələri digər şəxslərə verməməli və digər şəxslərin xidməti istifadəsindəki şifrələrdən istifadə etməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı qeyd olunan məlumatların məxfiliyi pozulduqda dərhal bu barədə bilavasitə və ya yuxarı rəhbərinə məlumat verməli və həmin şifrənin istifadəsi dayandırılmalıdır.