Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksində müəyyən edilmiş etik davranış qaydalarının pozulması gömrük orqanı əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Heftelik.az-ın məlumatına görə, Gömrük orqanı əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.