Hüquqi şəxsə ünvanlanmış qeydiyyatlı poçt göndərişləri (sifarişli poçt göndərişləri istisna olmaqla) etibarnamə əsasında poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Etibarnamə və şəxsiyyəti təsdiq edən sənəd səlahiyyətli şəxs tərəfindən qeydiyyatlı poçt göndərişləri hər dəfə alınarkən təqdim olunur.