Poçt göndərişləri, pul köçürmələri və poçt rabitəsi operatorlarının göstərdiyi digər xidmətlər barədə məlumatlar, habelə poçt rabitəsi xidmətləri istifadəçilərinin ünvan məlumatları və konkret şəxsin poçt dövriyyəsinə dair məlumatlar poçt məxfiliyi hesab olunur və bu məlumatlar yalnız göndəricilərə (ünvançılara) və ya onların qanuni nümayəndələrinə verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.