Poçt obyektində alıcılara verilən poçt göndərişlərinə nələrin aid olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt obyektində alıcılara verilən poçt göndərişlərinə aşağıdakılar aiddir:
– ölçülərinə görə abunə qutularına və ya ünvan qutularına yerləşməyən sadə poçt göndərişləri;
– “Tələb olunanadək” ünvanlı poçt göndərişləri;
– ünvanda çatdırma zamanı verilməsi mümkün olmamış qeydiyyatlı poçt göndərişləri;
– hərbi hissələrə və cəzaçəkmə müəssisələrinə ünvanlanmış poçt göndərişləri;
– sifarişli banderollar;
– kiçik paketlər;
– qiyməti bəyan olunmuş poçt göndərişləri;
– ödəmə şərtli poçt göndərişləri;
– “M” kisələri;
– pul köçürmələri;
– bağlamalar;
– gömrük ödənişləri tətbiq olunmuş sürətli poçt göndərişləri;
– çəkisi 2 kq-dan yuxarı olan sekoqramlar;
– qüsurlu olmasına dair akt tərtib olunmuş poçt göndərişləri (sürətli poçt göndərişləri istisna olmaqla).