Çən parklarında qəza meydana çıxdığı zaman, qəza yeri siqnal lentləri, lövhələrlə və s. nişanlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəza işlərinin aparılma yerlərinə girişlərdə və yanaşma yerlərində insanların və texnikanın buraxılmasına nəzarət edən mühafizə postları qoyulmalıdır. Qəzanın ləğvində iştirak etməyən insanların və texnikanın qəza yerinə keçməsi qadağandır.