Elşad Abdullayev mənə yazmışdı.
Heftelik.az-ın xəbərinə görə, bunu Lent.az-a açıqlamasında müğənni Mətanət İsgəndərlinin keçmiş gəlini müğənni Canana bildirib.
Canana deyib ki, heç vaxt heç kimə pislik eləmək istəməyib: “O, ən azından mənim uşaqlarımın nənəsidir. Dediyim kimi, övladlarım onu çox sevirlər. Mən o sözü demək istədim, çünki uşaqların taleyi üçün qorxuram. Mətanət xanıma da demişəm ki, sizin düşməniniz var, birdən uşaqları oğurlayarlar. Biz birlikdə olmalıyıq. Məni itələməklə səhv edirlər. Məclisdə əlimə pul veriləndə də qorxub götürmürdüm ki, kimsə çəkər sonra alçaltmaq üçün yayar. O pulu cırıb mənim üstümə atırdılar, deyirdilər qudurub götürmür. Qorxumdan eləməmişəm bunu. Psixologiyamı korlayıblar. Elşad Abdullayev mənə yazmışdı. Olmayan şeyi demərəm, bu cinayət olar. Məhkəmələrimiz olan vaxtı soruşurdu ki qardaşımın yerini de, qardaşım hara yoxa çıxıb? Mətanətlə düşmən idi, məndən soruşurdu. Deyirdi sənə maddi yardım edərəm və uşaqlarınla bağlı problemin həll olunar. Amma mən dedim ki, siz kimsiniz? Ölkəni tərk edib getmiş adamsınız, mənə yazmayın. O da deyirdi axı Mahirin də qızları var, onlar ağlayır ki, atamızı tapmaq istəyirik. Bir şey bilirsənsə de. Belə olub söhbətimiz. Bunu Mətanət xanıma da demişəm. Buna görə prokurorluqdan zəng gəldi mənə. Son məhkəmələrimiz olan zamanlar idi. Heç prokurorluq niyə zəng etdi mən anlamadım. Bu məsələ o vaxt təzə baş verəndə məndən heç nə soruşmamışdılar, indi niyə yada düşmüşəm? Kim zəng edir, elə bilirəm mənə nəsə edəcək. Bəlkə də başqa adamlar prokurorluq adı ilə zəng edirlər. Heç kəsə güvənə bilmirəm. Qorxuram”.