Su tələbatı və tullantı sukənarlaşdırılma balansı – il ərzində bütün su təchizatı mənbələrindən istifadə edilən faktiki su həcmi və kənarlaşdırılan tullantı suyunun həcmi arasındakı nisbətdir.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Su tələbatı – istehlakçının içməli suya olan tələbatını ödəmək üçün bir gündə istifadə etdiyi su miqdarı, su tələbatının (kənarlaşdırılmasının) limiti – texniki şərtlərə görə müəyyən müddətdə istehlakçı üçün təyin edilmiş buraxıla bilən (alınmış) içməli su və qəbul edilən (atılan) tullantı suyun həcmidir.