Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bununla bağlı ilkin planlar var: “Təbii ki, bu planlar təsdiq olunmalı, sonra yola çıxılmalıdır”.