Yüksək xüsusi çəkiyə malik təqaüd növlərinin vahid maddədə birləşdirilməsi və təqaüd növlərinin bölgüsünün müvafiq qaydada təsdiq edilməməsi xərclərin proqnozlaşdırılması və icrası baxımından qiymətləndirilməsində çətinliklər yaradır.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.
Bu da öz növbəsində vahid büdcə təsnifatında müvafiq dəyişikliklərin aparılmasını, yüksək maliyyə yükünə malik təqaüd növlərinin “Təqaüdlər” paraqrafında ayrı maddə səviyyəsində nəzərdə tutulması zərurətini meydana çıxarır.