Ara məsafəsinin hansı qaydada müəyyən edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.

Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:

– divar hündürlüyünün 0,6 hissəsi;

– xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi;

– məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə – divar hündürlüyünün 0,3 hissəsi;

– yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.