Aylıq müavinət alan şəxslərin sayındakı artım yaşa görə müavinət təyin edilmiş şəxslərin sayındakı artım ilə əlaqədardır ki, bu da sosial müavinətin təyin edilməsi üçün müəyyən olunmuş yaş həddinin əvvəlki illərlə müqayisədə 2020-ci ildən başlayaraq azaldılması, başqa sözlə pensiya təyinatı üçün müəyyən edilmiş yaş həddi ilə bərabərləşdirilməsi hesabına baş verib.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022- ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.
Birdəfəlik müavinətlər üzrə say göstəricisinin azalma dinamikası ilə müşayiət olunması dövr ərzində yeni doğulan uşaqların sayının əvvəlki illərlə müqayisədə aşağı, nəticədə bu istiqamət üzrə müavinət təyin edilmiş şəxslərin sayında azalmanın olması ilə əlaqədardır.