Ünvan qutusunun olmaması və ya nasazlığı səbəbindən poçt göndərişlərinin təhlükəsizliyi təmin edilmədiyi hallarda poçt göndərişləri bilavasitə yaşayış yeri üzrə evlərə (mənzillərə) çatdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Ünvançı olmadıqda, bildiriş saxlanılmaqla poçt göndərişi poçt obyektinə qaytarılır. Bu halda poçt göndərişi ünvançıya poçt obyektində verilir.