Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsinin sahibindən dövlət rüsumu alınmadan Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin hesabına dəyişdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Dövlət Agentliyi nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edir.
Dövlət qeydiyyat nişanı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2015-ci il 27 oktyabr tarixli 150111500009 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər”ə dair AZS 599-2015 Azərbaycan Respublikasının Dövlət Standartının tələblərinə uyğun olaraq hazırlanır.
Dövlət Agentliyində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının saxlanılmasının uçotu və inventarizasiyası başqa qiymətli materiallar üçün müəyyən olunmuş qaydada aparılır. Hər hesabat ilinin dekabr ayının 15-dək yeni hesabat ili üçün tələb olunan xüsusi məhsullara dair sifariş, növbəti ilin yanvar ayının 15-dək nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnaməsinin, qeydiyyat nişanının mədaxili və məxarici haqqında məlumatlar illik hesabatla birlikdə müvafiq müfəttişlik tərəfindən hazırlanaraq Dövlət Agentliyinin rəhbərliyinə təqdim olunur.