Elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq gömrük orqanı əməkdaşının hüququdur.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olarkən aşağıdakı qaydalara əməl etməlidir:
– qanunvericiliklə müəyyən edilmiş məxfi məlumatları açıqlamamalı, habelə xidməti fəaliyyəti ilə əlaqədar ona məlum olmuş məlumatların konfidensiallığını qorumalı;
– həmin fəaliyyətin həyata keçirilməsi gömrük orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmamalıdır.