“Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları” tikilən və yenidən qurulan hündürlüyü 50 m-dən çox olmayan istehsalat, ictimai və hündürlüyü 75 m-dən çox olmayan yaşayış, o cümlədən çoxfunksiyalı binalarda daxili soyuq və isti su təchizatı, kanalizasiya və atmosfer yağıntılarını kənarlaşdıran sistemlərin layihələndirilməsinə şamil edilir.
Heftelik.az-ın məlumatına görə, normalara əsasən, daxili isti və soyuq su, kanalizasiya və atmosfer yağıntılarını kənarlaşdıran sistemlər layihələndirildikdə qüvvədə olan şəhərsalma və tikintiyə dair digər normativ sənədlərin də tələblərinə əməl edilməlidir.