Poçt obyektində verilməli olan daxili və beynəlxalq qeydiyyatlı poçt göndərişləri (qüsurlu poçt göndərişləri istisna olmaqla) ünvançının xahişi əsasında poçt rabitəsi operatoru tərəfindən müəyyən olunmuş əlavə xidmət tariflərinə uyğun əlavə çatdırma haqqı ödənilməklə onun poçt ünvanında çatdırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Sadə və sifarişli məktub və banderolların üzlüklərinin zədələnmə hallarında poçt işçiləri tərəfindən onun aradan qaldırılması üçün zəruri tədbirlər görülür və bu zaman poçt göndərişinin üzərində “Zədəli daxil olmuşdur” qeydi edilir və poçt işçisi tərəfindən imza edilməklə təqvim ştempeli vurulur.