Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının tərkibi və iş Qaydası təsdiqlənib.

Heftelik.az-ın məlumatına görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.

Qərara əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılıb.

Koordinasiya Şurasının tərkibi
Koordinasiya Şurasının sədri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Koordinasiya Şurasının üzvləri:
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası Baş prokurorunun müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin
müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə
Heyətinin sədri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının
sədri
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri
Notariat Palatasının İdarə Heyətinin sədri
Azərbaycan Banklar Assosiasiyasının prezidenti
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyətinin
sədri
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru