TƏBİB Şirvanda 12 yaşlı uşağın qızılcadan ölməsinə aydınlıq gətirib
TƏBİB-dən Heftelik.az-a verilən məlumata görə, 2011-ci il təvəllüdlü vətəndaş (kişi cinsli) ağır vəziyyətdə 13.12.2023-cü il tarixində saat 17:37 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə qəbul olunub. Ona qızılca, kəskin pnevmoniya, ensefalit, infeksion toksiki şok diaqnozları qoyulub və süni tənəffüs aparatına qoşulub.
Pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib, ətraflı müayinəsi üçün Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 22:25 radələrində ölüm qeydə alınıb.
***
saat 08.59
Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.
Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.
O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.
Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.
Qızılcadan vəziyyəti ağırlan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.
Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.
TƏBİB-dən məlumat almağa çalışacağıq.