Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydada Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə müraciət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.
Yararsız hala düşmüş qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı Dövlət Agentliyinin aparatı tərəfindən tərtib edilmiş akta əsasən balansdan silinir.
Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:
– nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış Dövlət Agentliyinin fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda;
– nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə;
– nəqliyyat vasitələri çıxdaş edildikdə.