Gömrük orqanı əməkdaşının qanunsuz olaraq birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizliklər) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşına qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, əməkdaş bu təkliflərdən imtina etməlidir.