Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qonaq getikləri evin vanna otağında dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.