Gömrük orqanı əməkdaşının mediada çıxış edərkən hansı qaydalara riayət etməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı mediada çıxış edərkən aşağıdakı qaydalara riayət etməlidir:
– onun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı rəsmi açıqlamalardan, mühakimələrdən və qiymətləndirmələrdən çəkinməli, qanunvericiliklə müəyyən edilmiş qaydada məxfi məlumatların verilməsinə dair tələblərə riayət etməli, konfidensial və yayılması məhdudlaşdırılan digər məlumatları açıqlamamalı;
– maraqların toqquşmasına səbəb ola biləcək siyasi, dini, irqi, milli, cinsi, sosial ayrı-seçkiliyi, o cümlədən düşmənçilik və ədavəti ifadə edən çıxışlara yol verməməli;
– mediada etdiyi çıxışının yarada biləcəyi riskləri nəzərə almaqla, istifadə etdiyi sözlərin məzmununu və məlumatların mətnini düzgün seçməlidir.