Müxtəlif sinifli yanğınların söndürülməsi üçün tozlu odsöndürücülər müvafiq şəkildə: A sinfi üçün ABC (E) tozu, B, C və (E) sinifləri üçün BC (E) və ya ABC (E) tozları; D sinfi üçün D tozu ilə doldurulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Həcmi 50 m3 – dən az olan qapalı otaqlarda yanğının söndürülməsi üçün daşınan odsöndürücülərlə birlikdə və ya onlara əlavə şəklində öz-özünə tozu tullayan tozlu odsöndürücülərdən istifadə edilə bilər.