“Naxçıvan Bank” bütün prudensial tələblərə riayət edir.
Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Mərkəzi Bank həmçinin, bankın kredit portfelinin bir hissəsinin satılması və 100% səhmdarı olduğu “Naxçıvan Sığorta”nın portfelinin digər sığorta şirkətinə ötürülməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, bankın kredit portfelinin bir hissəsinin satılması, o cümlədən sığorta şirkətinin satılması, öhdəliklərin ötürülməsi və birləşmə bankın biznes strategiyasına aid olan məsələlərdir.
Qeyd edək ki, “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov dekabrın 8-də “Naxçıvan Bank”ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsinin alındığını açıqlayıb. Paralel olaraq “Naxçıvan Sığorta”nın lisenziyası ləğv edilib və portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülüb.