Pretenziyanın təmin olunmasından imtina edildikdə və ya pretenziya qismən təmin olunduqda poçt rabitəsi operatoru səbəbi göstərilməklə ərizəçiyə əsaslandırılmış cavab verməli və pretenziyaya əlavə olunmuş sənədləri ona geri qaytarmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt rabitəsi operatoru tərəfindən pretenziyanın təmin olunmasından imtina edildiyi və ya pretenziyanın qismən təmin olunduğu, habelə təyin olunmuş müddət ərzində poçt rabitəsi operatorundan cavab alınmadığı hallarda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir.