“Qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.
Heftelik.az-ın məlumatına görə, bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
Hakan Fidan deyib ki, Ümummilli Lider Heydər Əliyevi hörmətlə anırlar.
“Prezident İlham Əliyev Qarabağ Zəfəri başda olmaqla, Türk Dünyası üçün etdikləri ilə adını tarixə yazdırıb”, – XİN rəhbəri vurğulayıb.