Qaz təhlükəli işlərə başlamazdan əvvəl hava mühitinin analizi aparılmalı, havada oksigenin və zərərli partlayış və yanğın-partlayış təhlükəli maddələrin tərkibi icazə-buraxılış vərəqəsinə yazılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qaz təhlükəli işlərə başlamazdan əvvəl heyətin təhlükəsiz iş üsullarını bilmələri, fərdi mühafizə vasitələrinin mövcudluğu, heyətin onlardan istifadə etmək, ilk tibbi yardımın göstərilməsi bacarığı və bu məlumat icazə-buraxlış vərəqəsinə yazılmalıdır.