Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən deputat vəfat edib.
Heftelik.az-ın məlumatına görə, səhiyyə naziri Fəxrəddin Qoca Hasan Bitmezin vəfat etdiyini bildirib.
Qeyd edək ki, dekabrın 12-də Hasan Bitmez parlamentdə çıxışını bitirib kürsüdən ayrılan zaman yerə yıxılıb,, başı mərmər pilləkənə çırpılıb.
***
12 dekabr, saat 22.04
Türkiyə Böyük Millət Məclisinin deputatı Hasan Bitmez parlamentdə çıxışını bitirib kürsüdən ayrılan zaman yerə yıxılıb, başı mərmər kürsüyə çırpılıb.
Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Səadət Partiyasının deputatı Hasan Bitmezə ilkin tibbi yardımı parlamentdəki həkim deputat həmkarları göstərib.
Daha sonra Hasan Bitmez xəstəxanaya yerləşdirilib.
Deputatın şəkər xəstəsi və ürəyində problemlər olduğu bildirilib. Səhiyyə naziri Fahrettin Koca Hasan Bitmezin anju olduğunu, tutulan iki damarının açılmadığını, vəziyyəti ağır olan deputatın süni nəfəs aparatına qoşulduğunu açıqlayıb.