Artıq 2024-cü il günlər qaldığı bir vaxtda məşhur kahinlər Nostradamus və Baba Vanqanın proqnozları yenə dünyanın gündəmində yer almağa başlayıb.
Londonda böyük yanğın, Adolf Hitlerin hakimiyyətə yüksəlməsi, Con Kennedi sui-qəsdi, hətta koronavirus pandemiyasını belə öncədən doğru proqnozlaşdıran fransız kahin Nostradamus 1555-ci ildə yayınladığı məşhur “Les Prophéties” kitabı ilə gələcəkdə bir sıra müharibələri, pandemiyaya yol açan xəstəlikləri, təbii fəlakətləri, iğtişaşları, siyasi sui-qəsdləri proqnozlaşdırıb, təxmin edib.
Balkanların Nostradamusu sayılan Baba Vanqa isə bir qum fırtınasında görmə qabiliyyətini itirdikdən sonra Tanrı tərəfindən ona gələcəyi görmə bacarığı verildiyini iddia edib və 5079-cu ilə qədər dövrü əhatə edən proqnozlar verib.
Bu il astroloji dəyişiklər də bu proqnozların gerçəkləşmə ehtimalının yüksək olmasını söyləməyə əsas verir.
Rəqəmsal inqilab olacaq, Alzheimer və xərçəngin müalicəsi tapılacaq
Baba Vanqa süni intellektin inkişafı ilə 2024-cü ildə rəqəmsal inqilab yaşanacağını proqnozlaşdırıb. Ancaq bu texnoloji inqilab maliyyə, səhiyyə və kibertəhlükəsizlik sektorlarında böyük çalxalanmalara yol açacaq. Hakerlərin elektrik şəbəkələri və su təmizləmə kimi infrastruktur obyektlərinə yönəlik təhdidləri artacaq.
Plutonun bürcünü dəyişdirərək keçi bürcündən dolça bürcünə keçməsi bu proqnozların gerçəkləşmə ehtimalını artırır. Çünki Plutonun dolça bürcünə olduğu son dönəm 18-ci əsrin sonları olub. ABŞ və Fransada sənaye inqilabları bu dövrdə yaşanıb. Astroloqlar Plutonun dolça bürcünə keçidində 250 il öncə sənaye inqilabı yaşandığını, indi isə rəqəmsal bir inqilab yaşanacağını düşünürlər.
Baba Vanqanın təxminlərinə görə, 2024-cü ildə Alzheimer xəstəliyi ilə bərabər xərçəng xəstəliyinin bəzi növlərinin də müalicəsi tapılacaq.
Plutonun dolça bürcünə keçməsi nəzərə alınsa, elmi kəşflər və ölüm prosesini yavaşladacaq proseslərin yaşanması mümkün ehtimallar sırasındır.
Quru torpaq daha da qovrulacaq və böyük sellər olacaq…
Baba Vanqadan Nostradamusun təxminlərinə keçsək, 2024-cü ildə Böyük Britaniya krallığını da böyük bir sürpriz gözləyir. Kraliça Elizabetin ölüm tarixini düzgün təxmin edən “Les Prophéties” kitabında Kral Çarlzın yeninə heç gözlənilməyən bir adamın kral olmasından bəhs edir. Buna görə də bir çoxları şahzadə Harrinin taxta çıxacağını düşünür.
Şans və böyümə planeti Yupiterin gələn il mayın sonunda əkizlər bürcünə keçməsi fonunda şahzadə Harri üçün sürətli yüksəlişi mümkün sayılır.
Bu il dünyada yaşanın rekord istilər, meşə yanğınları və quraqlıqdan sonra iqlim böhranının içərisində olduğumuzu başa düşmək üçün kahin olmağa ehtiyac yoxdur. Ancaq Nostradamus fəlakətin bu il də davam edəcəyini öncədən görüb. Kahin əsrlər öncə “Les Prophéties” kitabında yazıb ki, “quru torpaq daha da qovrulacaq və böyük sellər olacaq”.