Gömrük orqanı əməkdaşı vəzifələrinin icrasından irəli gəldiyi hallarda və bilavasitə rəhbərinin göstərişi ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində digər dövlətlərin gömrük orqanları, habelə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsində iştirak edir, bu proseslərdə iştirak edən həmkarlarına qanunvericiliklə müəyyən edilmiş qaydada hərtərəfli kömək göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı rəsmi nümayəndə heyətinin tərkibində və ya tək xarici ölkələrə ezam olunduqda ezamiyyə məqsədlərinə, o cümlədən iştirakçısı olduğu beynəlxalq tədbirin proqramına və işgüzar geyim qaydalarına riayət etməli, olduğu xarici ölkənin adət-ənənələrini, milli dəyərlərini, əxlaq və birgəyaşayış qaydaları gözləməli, Azərbaycan Respublikasının, təmsil etdiyi gömrük orqanının adına xələl gətirə biləcək əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verməməlidir.