Gömrük orqanı əməkdaşı həmkarlar ittifaqları istisna olmaqla heç bir seçkili və ya digər təyinatlı vəzifə tuta, siyasi fəaliyyətlə məşğul ola bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı siyasi partiyalara və ya təşkilatlara üzv olmamalı, siyasi aksiyalarda iştirak etməməli, siyasi partiyalara maddi və ya digər şəkildə dəstək verməməli, təbliğat və təşviqatla məşğul olmamalıdır.