Nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması prosesində xarab olmuş blanklar növbəti inventarizasiya vaxtı onların təkrar istifadə edilməsinin mümkünlüyünü aradan qaldıran vasitələr və üsullarla ləğv edilir və bu barədə müvafiq akt tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə daxil olmuş xüsusi məhsulların uçotu – dövlət qeydiyyat nişanlarının (11 nömrəli Əlavə), qeydiyyat şəhadətnamələrinin blanklarının (12 nömrəli Əlavə), nəqliyyat vasitələrinin yüklülüyünə dair reyestrdən çıxarış blanklarının (13 nömrəli Əlavə), inzibati xəta haqqında protokol və qərar blanklarının (14 nömrəli Əlavə) və nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqəsinin blanklarının (15 nömrəli Əlavə) məxaric kitablarında aparılır.
Dövlət Agentliyindən məxaric edilən xüsusi məhsulların uçotu – “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının, qeydiyyat şəhadətnamələrinin, nəqliyyat vasitələrinin yüklülüyünə dair reyestrdən çıxarış, inzibati xəta haqqında protokol və qərar, nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqəsinin blanklarının mədaxil uçotu kitabı”nda (17 nömrəli Əlavə) onların seriya və nömrələrinin artan ardıcıllığı ilə qeydiyyatı aparılır.