Qaz təhlükəli işlərə başlamazdan əvvəl bu işlərə məsul şəxsin hər bir işçinin səhhəti haqqında məlumatı olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Obyektin və işçilərin qaz təhlükəli işlərə hazırlığı barədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinə xəbər verilməlidir. Bu xidmətin nümayəndəsinin razılığı olmadan işə başlamaq qadağandır.