“Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nın hansı obyekt və sistemlərin layihələndirilməsinə şamil edilmədiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu normalar aşağıdakı obyekt və sistemlərin layihələndirilməsinə şamil edilmir:
– partlayıcı, tezalışan və yanar maddələri istehsal edən və ya saxlayan müəssisələrin yanğın əleyhinə su kəməri sistemlərinin, həmçinin daxili yanğın əleyhinə su kəmərinə tələblər müvafiq normativ sənədlərlə təyin edilən digər obyektlərin;
– avtomatik yanğınsöndürmə sistemlərinin;
– istilik məntəqələrinin;
– isti suyu emal edən qurğuların;
– sənaye müəssisələrinin texnoloji ehtiyaclarını, o cümlədən sağlamlıq proseduralarını ödəyən isti su təchizatı sistemləri və texnoloji avadanlıq ətrafındakı su təchizatı sistemlərinin;
– xüsusi istehsalat su təchizatı sistemlərinin (ionsuzlaşdırma, dərin soyutma və s.).