Sadə və sifarişli məktub poçtu göndərişlərinin (kiçik paketlər və beynəlxalq “M” kisələri istisna olmaqla) göndərilməsi üzrə xidmətlərin ödənilməsi üçün dövlət poçt ödənişi nişanları tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Dövlət poçt ödəniş nişanlarına aşağıdakılar aid edilir:
– məktub poçtu göndərişlərinin üzərinə yapışdırılan və ya poçt zərfləri və poçt kartlarının üzərində mətbəə üsulu ilə həkk edilmiş poçt markaları;
– markalayıcı maşın vasitəsilə vurulmuş dövlət poçt ödənişi nişanları.