Göndəricinin hüquqları açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Göndərici aşağıdakı hüquqlara malikdir:
– qəbulu barədə qəbz və ya siyahı (beş və daha artıq göndəriş göndərildikdə) təqdim etməklə qeydiyyatlı poçt göndərişinin, pul köçürməsinin axtarışı barədə ərizə ilə müraciət etmək;
– qeydiyyatlı poçt göndərişi, pul köçürməsi poçt obyektindən təyinatı üzrə göndərilən anadək yazılı ərizə əsasında şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə və qəbzi qaytarmaqla onu geri almaq. Bu halda göndərici tərəfindən ödənilmiş göndərilmə haqqı (qəbul zamanı istifadə olunmuş poçt markalarının və yerinə yetirilmiş əlavə xidmətlərin dəyəri istisna olmaqla) ona qaytarılır;
– bağlamanın ünvançıya verilməsi mümkün olmadıqda onunla necə davranılması barədə müşayiət blankında qeyd etməklə sərəncam vermək;
– geri qaytarılmış poçt göndərişini almaqdan imtina etmək.