Hərbi hissələrə və onların şəxsi heyətinə ünvanlanmış sadə və sifarişli məktub poçtu göndərişləri, qeydiyyatlı poçt göndərişlərinin çatdırılması haqqında xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin daxil olması haqqında bildirişlər poçt obyektində etibarnamə əsasında hərbi hissənin səlahiyyətli nümayəndəsinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Hərbi hissələrə ünvanlanmış bağlamalar, kiçik paketlər və qiyməti bəyan olunmuş poçt göndərişləri poçt obyektində etibarnamə əsasında hərbi hissənin səlahiyyətli nümayəndəsinə verilir.