2020-ci il ilə müqayisədə 2022-ci ildə sosial müavinətlərin maliyyələşdirilməsi üzrə xərc edilmiş vəsaitin həcmi 31,4% (189983,1 min manat) artıma sahib olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.
Belə ki, orta hesabla bir nəfərə düşən sosial müavinət məbləği 2020-ci ildə 101,7 manat olduğu halda, 2022- ci ildə 34,2% artaraq 136,5 manat olub.
Müavinətlərin maliyyələşdirilməsi üçün xərc edilmiş vəsaitin həcmində artımın olması müvafiq qanunvericilik aktlarında edilmiş dəyişikliyə əsasən həm aylıq, həm də birdəfəlik müavinət məbləğlərinin artımı hesabına baş verib.
Cədvəl 1. Sosial müavinətlərin xərclər üzrə dinamikası, min manatla
Göstəricilər | 2020 | 2021 | 2022 | 2022-ci il 2020-ci illə müqayisədə | |
Məbləğlə | Faizlə | ||||
Cəmi sosial müavinətlər | 605029,8 | 580695,3 | 795012,9 | 189983,1 | 131,4 |
Aylıq sosial müavinətlər üzrə | 588266,7 | 565765,1 | 776996,8 | 188730,1 | 132,1 |
Yaşa görə | 153602,7 | 167159,7 | 264789,9 | 111187,2 | 172,4 |
Əlilliyə görə | 268632,3 | 239938,7 | 306623,3 | 37991,0 | 114,1 |
Sağlamlıq imkanları məhdud 18 yaşınadək əlil uşaqlara görə | 107295,0 | 97009,0 | 122653,4 | 15358,4 | 114,3 |
Ailə başçısını itirməyə görə | 47160,7 | 51069,2 | 68312,4 | 21151,7 | 144,9 |
Digər müavinətlər | 11576,0 | 10588,7 | 14617,8 | 3041,8 | 126,3 |
Birdəfəlik sosial müavinətlər üzrə | 16763,1 | 14930,2 | 18016,1 | 1253,0 | 107,5 |