Bağlamanın, qiyməti bəyan olunmuş məktubun, kiçik paketin faktiki çəkisi ilə müşayiət sənədlərində, poçt göndərişinin üzərində, müşayiət ünvanı blankında göstərilən çəki arasında fərq və ya bu göndərişlərin qablaşdırılmasında onların təhlükəsizliyinə zərər vura biləcək zədə aşkar edildikdə, poçt işçisi tərəfindən müvafiq akt tərtib olunur, akt onun və poçt obyekti rəhbəri tərəfindən imzalanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.