Ünvançı və ya onun yetkinlik yaşına çatmış ailə üzvü olmadıqda, ünvan qutusuna göstərilən qeydiyyatlı poçt göndərişinin, pul köçürməsinin, sifarişli xəbərnamənin daxil olması barədə bildiriş qoyulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Bu göndərişlər (“Məhkəmə bildirişi” və “İcra qeydi bildirişi” qeydli məktublar istisna olmaqla), həmçinin fiziki şəxsin rəsmi müraciəti əsasında onun istifadəsində olan ünvan qutusu vasitəsilə çatdırıla bilər. Bu halda əldə olunmuş razılaşmaya uyğun olaraq poçt göndərişlərinin verilmə tarixi onların qutuya qoyulma tarixi hesab olunur.