Gömrük orqanı əməkdaşı fərdi sosial media hesablarından istifadə edərkən üzərinə düşən məsuliyyət və öhdəlikləri, sosial medianın potensial təhlükələrini nəzərə almalı, bu məqsədlə gömrük orqanlarının cəmiyyətdəki nüfuzuna xələl gətirən hərəkətlərdən yayınmalı, maraqların toqquşmasına səbəb ola biləcək, eləcə də konfidensial məlumatların açıqlanmasına yol verməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.