Tullantı suları – istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifrazat maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Tullantı sularının hesablama sərfləri – kanalizasiyalaşdırılan obyekt üçün bütövlükdə və yaxud onun bir hissəsi üçün təsiredici amillər (istehlakçıların sayı, sanitar-texniki cihazların və avadanlığın sayı və xarakteristikası, sukənarlaşdırıcı boru kəmərlərinin həcmi və s.) nəzərə alınmaqla istismar təcrübəsi və tədqiqatlarla əsaslandırılmış proqnozlaşdırılan sərflərdir.