Yanğına qarşı daxili su xətti avtomatik sistemləri ilə təchiz olunmamış istehsalat və anbar otaqlarında, ərazisində yanğına qarşı xarici su xətti olmayan müəssisələrdə və ya xarici texnoloji qurğuları və binaları xarici yanğın su mənbələrindən 100 m-dən artıq məsafədə yerləşən müəssisələrdə ilkin yanğınsöndürmə vasitələri, yanğın alət və inventarların yerləşdirilməsi üçün yanğın şitləri quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.